Yandeks Rusiyanın ən böyük arama motoru

14-07-2008 / 17:10

Yandeks (rusca Я  ндекс) Rusiyanın ən böyük arama motoru və portalıdır. O 1997-ci ildə yaradılıb. Onun adı “Yet Another iNDEXer” (YANDEX) və ya dil indeksi (“Языковой Index”) anlamını verir. Rusca «Я» sözü ingiliscə “I” ilə eyni anlam daşıyır, yəni mən şəxs əvəzliyi (I şəxsin təki) Bunu da çevirəndə ikimənalı olur: yəni «Яндех» və «Index».

Gallup Media, FOM və Comson təşkilatlarının araşdırmalarına görə Yandeks Rusiya internetində auditoriyasının böyüklüyünə və internetdəki nüfuzuna görə ən böyük arama motoru və informasiya resursudur.

Yandeks LLC 2002-ci ilin noyabrindan gəlirli sahəyə çevrilib. 2004-cü ildə Yandeksin büdcəsi 17 mln$-a qədər artdı. Bu rəqəm əksər şirkətlərin iki ildəki qazancında 10 dəfə çoxdur. Şirkətin şəbəkədaxili gəliri 2004-cü ildə  7mln$ təşkil edirdi.  Rusiyanın internet bazarında Yandeksin ən yaxın rəqibləri Rambler və Mail.ru -dur. Rus istifadəçiləri Google və Yahoonun xidmətindən istifadə etsələr də İnternetde Google-nin axtarış payı 21-27%  , rus saytları və Yandeksin axtarış payı isə 44% dir. Lakin Ukraynada Yandeks 16%, Google isə 40%-ə qədər axtarışda istifadə olunur.  

Yandeksin rus dilli istifadəçilər üçün ən böyük üstünlüklərindən biri də axtarış prosesində rus şəkilçilərinin tanınması idi.

2001-ci ildən Yandeks özünün “Yandeks Çempionatı” adlı müntəzəm İnternet axtarış yarışlarını təşkil edir. Burda minlərlə iştirakçı var və onlar üçün qiymətli hədiyyələr nəzərdə tutulub.  

2006-cı ilin 6 iyul tarixində Yandeks və BBC bir vep yayım yaratdılar. Bu şəbəkə Rusiya prezidenti Vladimir Putinle seyrçilər arasında müsahibə etmək üçün idi və onlar öz suallarını prezidentə ünvanlaya bilərdilər.  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə