Yanğınsöndürən robot təqdim olundu

15-12-2015 / 11:58

Yanğınları söndürmək üçün artıq robotlardan istifadə ediləcək.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstraliyada yanğınlara qarşı və xüsusilə yanğınsöndürənlərin həyatını riskə atmamaq üçün güclü robot təqdim edilib.

Yeni turbin dəstəkli yanğınsöndürən robotu- TAF 20  Avstraliya əyaləti olan Yeni Cənubi Uels bölgəsində istifadə edilməyə başlanacaq.

Sidney Təcili Xidmətlər direktoru David Elliott və Fövqəladə Hallar Komissiyası Greg Mullins tərəfindən təqdim edilən robot, , xüsusilə yanğınsöndürənlərin daxil olması çox təhlükəli olan yerlərdə istifadə olunacaq.

TAF 20 90 metrə qədər sulama qabiliyyətinə malikdir. 60 metrə qədər isə köpük və buxarı geniş sahəyə yayır.

Bundan əlavə, üzərindəki böyük ventilyator sayəsində otaqlardakı dumanı asanlıqla  təmizləyə bilir. 500 metr uzaqlıqdan idarə olunabilən robot yanğınsöndürənlər üçün təhlükəli olan yerləri təhlükəsizlik vəziyyətə gətirəcək.

Greg Mullins-in sözlərinə görə dövlət bu robot üçün 222 min dollar ödəyib.

Bu texnologiya gözlənilən nəticələri qazanarsa, digər ölkələrdə də belə bir sistemdən istifadə edə bilər.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə