Yanvar ayında İKT, informasiya və poçt sektorundan nə qədər gəlir gəlib?

23-02-2011 / 15:41

Cari ilin birinci ayı ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunun ümumi gəlirləri 92,9 milyon manat təşkil edib.

Xeberler.az portalının Rabitə və informasiya nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin hesablamalarına görə, ötən ilin həmin dövründə əldə olunan 76,6 milyon manatlıq göstərici ilə müqayisədə müvafiq gəlirlər 21,6 faiz artıb.

İKT sektoruna gəldikdə, qeyd edək ki, respublikanın telekommunikasiya sahəsi 15 faiz artaraq 77,3 milyon manat təşkil edib. Bunlardan 52,4 milyon manatı mobil sektorun payına düşür.

Əvvəlki dövrlərdə olduğu kimi informasiya texnologiyaları sahəsində böyük artım qeydə alınıb. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə ölkənin İT-sahəsi üzrə göstərilən xidmətlər həcmi 2,5 dəfə artaraq 13,2 milyon manat təşkil edib.

Poçt və informasiya sahələrində müşahidə olunan artım müvafiq olaraq 12,5 faiz (1,7 milyon manat) və 80,6 faiz olub (0,7 milyon manat).


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə