Yaponiya İki Ekranlı Netbook satışa çıxartdı

30-11-2009 / 19:36

Kohjinsha adlı Yapon firması, iki ədəd 10.6 düym LCD ekranını Netbook sisteminə daxil edərək fərqli bir anlayış yaradıb. Dual Screen DZ adlandırılan bu yeni anlayışın köməyi ilə iki ədəd LED işıqlandırmalı LCD ekran yan-yana çəkilərək 1024x600 piksel həllolma əmsalı/dəqiqliyində görüntü yaradır. Model ənənəvi İntel platforması deyil, 1.6 GHz AMD Athlon Neo MV-40 prosessoru istifadə edir.

1 GByte yaddaşı olan bu Netbook, istənildiyi zaman 4 Gbyte-yə qədər artırıla bilir. 160 GByte sabit disk üzərində saxlayan bu cihaz 802.11b/g/n və Bluetooth 2.1 kabelsiz xəbərləşmə standartlarını dəstəkləyir. İki ədəd USB 2.0 girişi olan bu məhsulun kart oxucusu və 1.3 Megapiksellik bir Webcam-ı da var. Dual Screen DZ Linux və Windows 7 əməliyyat sistemlərilə yüklü satılacaq. Netbook adaptersiz istifadədə 4.5 saat işləyə bilir. Dual Screen DZ, Yaponiyada təxminən 750 Avrodan satışa təqdim edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.