Yaşıl dəhliz-dən istifadə üçün 53 şirkət icazə alıb

29-01-2019 / 12:17

Fevralın 1-dən etibarən Azərbaycanın gömrük sistemində «Yaşıl Dəhliz» mexanizmi işə düşəcək. 

Xeberler.az  bildirir ki, bu sistemin köməyi ilə sahibkarlar fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurunu görmədən, yəni elə ofislərində apara bilərlər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, bu günədək 53 xarici iqtisadi fəaliyyət iştirakçısının müraciətinə baxılıb və onlara “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazə verilib.

Gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində sıxlıqların aradan qaldırılması və malların yubanmadan keçidinə şəraitin yaradılması məqsədilə malların və nəqliyyat vasitələrinin sərhəddə yalnız qeydiyyatının aparılaraq dərhal buraxılışının həyata keçirilməsi layihəsi hədəf planlar arasındadır. Gömrük-sərhəd buraxılış məntəqəsi daxilində yalnız qeydiyyatın aparılaraq buraxılışın reallaşdırılması xüsusilə sərhəd əməliyyatları komponenti üzrə vaxt və xərc amili baxımından irəliləyişə gətirib çıxara bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.