Yeni açılan avtobus reysi üçün onlayn bilet ala bilərsiniz

04-11-2017 / 12:03

Noyabrın 9-dan etibarən hər həftənin cümə axşamı Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.

Kompleksdən Xeberler.az-a verilən məlumata görə, artıq Bakı-Xarkov-Poltava-Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir.

Avtobus Rusiya Federasiyasının ərazisindən keçərək 40 saat yol qət etməklə mənzil başına çatacaq.

Noyabrın 13-dən isə hər həftənin bazar ertəsi yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.

Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir.

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar Wi-Fi şəbəkəsi ilə təchiz edilib.

Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.