Yeni Apple kompüterlərinin təqdim ediləcəyi vaxt açıqlanıb

22-10-2016 / 10:30

Apple  şirkəti ənənəvi olaraq hər ilin payızında iki təqdimat keçirərək yeni qurğular təqdim edir.

Sentyabrda ictimaiyyətə smartfonlar, bir qədər sonra planşet, kompüter və s. məhsullar nümayiş olunur.

Xeberler.az-ın məlumatına görə,  ABŞ şirkəti jurnalistlərə oktyabrın 27-də keçiriləcək təqdimata dəvətnamə göndərib. Şirkətin Kupertino şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbirdə yeni kompüterlərin, o cümlədən istifadəçilərin çoxdan intizarında olduğu yenilənmiş “MacBook” noutbuklarının nümayiş olunacağı gözlənilir.

Təqdimat 1998-ci ildə ilk iMac kompüterinin nümayişinə işarə olan “Hello again” şüarı ilə baş tutacaq. Apple dünyanı yeni iMac və ya məhsulun tam yenilənmiş versiyası ilə təəccübləndirmək niyyətindədir. Həmçinin Mac Pro qurğularının yenilənəcəyi bildirilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə