Yeni ASAN xidmət mərkəzləri açılacaq

21-01-2019 / 13:32

2019-cu il ərzində bir çox rayonlarda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək.

Xeberler.az  bildirir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu ilin sonuna kimi Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Adı çəkilən bütün yeni mərkəzlərdə hazırda tikinti işləri gedir.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.