Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bloqinq üzrə treninq kursları keçirir

04-06-2009 / 13:11

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə birgə bloqinq üzrə treninq kurslarına start verib.

Kursların keçirilməsində məqsəd internet-bloqlar və şəbəkə sistemlərinin yaradılmasında gənclərin təcrübəsini artırmaqdır. İyunun 3-dən başlanan kurslar 3 gün davam edəcək. Bu kursları gənclərə ABŞ-dan olan mütəxəssislər keçir.

Treninqlərdə YAP Gənclər Birliyinin 5 üzvü iştirak edir. Bu iştirakçılar gələcəkdə internet resurslarından səmərəli istifadə etməklə yanaşı, internet şəbəkələrinin də yaradılmasında fəal iştirak edəcəklər.

Daha ətraflı məlumatı Yeni Azərbaycan Partiyasının rəsmi saytından əldə edə bilərsiz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə