Yeni Core 2 Quad prosessorları 30 noyabrda satışda olacaq

02-10-2008 / 20:00
Intel  dördnüvəli, ucuz prosessorların satışına 30 noyabrda başlayacaq. 2,5 GHs tezlikli, FSB 1333 MHs ilə Core 2 Quad Q8300 prosessoru 4 Mb keş-yaddaşlıdır. Nisbətən baha versiyası - Q9300 həmin tezlikdədir, lakin 6 Mb keş-yaddaşlıdır.
Q8300 modeli 224 dollaradır, 2,33 GHs tezlikli Q8200 modelinin qiyməti isə 224 dollardan 193 dollara düşəcək.
Xatırladaq ki, Core 2 Quad Q8300 prosessoru  İ7 seriyasının buraxılışından sonra meydana çıxacaq. Belə ki, bu prosessorlar 2,66 GHs tezlikli Core i7 920-dən 62 dollar baha olacaq.
Beləliklə, noyabr ayında yeni kompüter almaq istəyən istifadəçilərə böyük seçim təqdim olunacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə