Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

30-04-2016 / 19:03

Məlumat verdiyimiz kimi, bu gün Bakı Biznes Mərkəzində Yeni Fikir 2016 müsabiqəsinin final mərhələsi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə finala seçilmiş 13 startap layihəsi münsiflər qarşısında təqdimat edib.

Yeni Fikir 2016-da 1-ci yeri Kvotter layihəsi qazanıb. Qeyd edək ki, layihənin rəhbəri Xercim.az- iKeboon layihəsindən tanıdığımız Orxan Əhmədovdur. Komanda isə startapçı, KVAN kitabının müəllifi Cosqun Kərimov və Nicat Əsədov, Tural Mehdiyev, Ziyəddin Ovçiyevdən ibarətdir.

2-ci yerə isə Flapus layihəsi layiq görülüb. Layihənin rəhbəri Murad Ələkbərovdur.

3-cü yerə MiniLab (Rəşid Əliyev), 4-cü yerə Spinal (Fidan Rüstəmova) və 5-ci yerə Gamebuy (layihə rəhbəri Seymur Həşimov) komandası seçilib.

Qalib layihələrin iştirakçıları 5 min Avro, Almaniya və Türkiyə Texnoparklarında 15 günlük təlimlər və Sup.az və QUTechnopark İnkubasiya mərkəzlərində 1 illik pulsuz istifadə imkanları əldə edib.

Qafqaz Universiteti texnoparkı (QUtexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə hər il Yeni Fikir müsabiqəsi təşkil edir.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə