Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq

30-12-2015 / 11:36

Məlumat verdiyimiz kimi, Qafqaz Universiteti texnoparkı (QU texnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə  hər il Yeni Fikir müsabiqəsi təşkil edir.

Növbəti Yeni Fikir 2016  müsabiqəsi elan ediləcək.

QU texnopark-dan Xeberler.az-a verilən məlumata görə, müsabiqə yanvar ayı ərizində elan ediləcək.

Məlumatda qeyd edilib ki,YFM bu dəfə  daha güclü tərəfdaşlarla birgə həyata keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə QU texnopark-da Türkiyənin nəhəng İT şirkəti KoçSistem yeni Tədqiqat Mərkəzi  açdı.

Qeyd edildi ki, şirkət yeni mərkəz açmaqla həm də  Azərbaycanın startap ekosistemində də yeniliklər edib, bu sektora fayda verməyə çalışacaq.

Görünür,  növbəti YFM müsabiqəsində KoçSistem-in daha çox faydası olacaq və şirkət direktoru Ali Kutvanın da dediyi kimi, münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərdən təşkil ediləcək.

Eyni zamanda KoçSistem Azərbaycan olaraq startaplara investisiya dəstəyi də göstərəcək. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə