Yeni “Google” qurğuları təqdim edilib

10-10-2018 / 10:14

“Google” şirkəti Nyu-Yorkda keçirilən təqdimatda “Pixel 3”, “Pixel 3XL” smartfonlarını və “Pixel Slate” planşetini nümayiş etdirib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, şirkətin vitse-prezidenti Rik Osterloh yeni qurğuların təqdimatı çərçivəsində bildirib ki, biz dünyada ən yaxşı kamera yaradaraq onu ən yaxşı “Pixel 3” smartfonuna quraşdırmışıq.

“Biz həm iş, həm də oyun üçün masaüstü kompüter gücünə və məhsuldarlığa malik planşet təqdim edirik”, - şirkət təmsilçisi “Pixel Slate” planşetinin nümayişi zamanı qeyd edib.

O, həmçinin əlavə edib ki, ev istifadəsi üçün şirkət “Google Home Hub” ağıllı ekranını hazırlayıb. R.Osterloh yeni qurğuların texniki xüsusiyyətləri barədə məlumat verməyib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.