Yeni il ərəfəsində Nar-dan hədiyyə qazanmaq imkanı

15-12-2016 / 11:37

Nar və İrşad Electronics mağazalar şəbəkəsi növbəti birgə kampaniyaya başlayıb.

Xeberler.az-ın məlumatına görə, 17 gün davam edəcək kampaniya çərçivəsində hər bir kəs yalnız komissiya haqqı ödəmək şərtilə İrşad Electronics dükanlarından 6 aylıq faizsiz ödəmə ilə istənilən smartfonu və ya başqa cihazı ala bilər.

Əlavə olaraq, smartfon almış hər bir şəxs bonus şəklində Nar dan nömrə, aylıq 33,33 AZN dəyərində şəbəkədaxili danışıq balansı və 250 MB internet trafiki hədiyyə alır.    

Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün Nar-ın rəsmi tərəfdaşı olan İrşad Electronics mağazalarına müraciət etmək kifayətdir. 15 dekabr – 31 dekabr 2016-cı il tarixləri arasında aktiv olacaq kampaniya bütün məhsulları əhatə edir.

Əlavə məlumatı nar.az internet səhifəsi və İrşad Electronics çağrı mərkəzi (*0171) vasitəsilə öyrənmək olar.

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə