Yeni internet mağaza istifadəyə veriləcək

23-11-2009 / 17:22

Azərbaycanın “Akhundoff Computers Technologies & Telecommunications” şirkəti yeni internet mağazanın istifadəyə verilməsi üzərində işləyir.

Hazırda Azərbaycanın internet məkanında şirkətin rəsmi saytının yenilənmiş versiyası fəaliyyət göstərir. Saytda şirkətin rəsmi tərəfdaşı olan “Sony Ericsson” şirkətinin istehsalı olan mobil telefonlar, kommunikatorlar, aksessuarlar, habelə “Azercell” şirkətinin simsiz rabitə üçün nəzərdə tutulmuş Data-kartları və telefon nömrələri, “Thuraya” şirkətinin peyk rabitəsi üçün nəzərdə tutulmuş telefonlarla tanış olmaq olar.

Dekabr ayında istifadəyə veriləcək “Akhundoff Networks” şirkətinin online-dükanı vasitəsilə alıcılar onları maraqlandıran telefon modelləri ilə tanış olacaq, onları internetdən birbaşa almaq imkanı əldə edəcəklər. İlkin məlumata görə, online-dükanda təqdim edilən telefonların qiymətləri sərfəli olacaq və onlara zəmanət təqdim ediləcək.

Xatırladaq ki, “Akhundoff Computers Technologies & Telecommunications” şirkəti 1995-ci ildə təsis edilib. Şirkət “Azercell Telecom” şirkəti, “Azeurotel” birgə müəssisəsi və digər yerli şirkətlərlə əməkdaşlıq edir. Artıq 2005-ci ildən etibarən şirkət “Sony Ericsson” şirkəti ilə distributor müqaviləsi imzalayıb. Eyni zamanda “Akhundoff Computers Technologies & Telecommunications” şirkəti BƏƏ-nin “Thuraya” şirkətinin tərəfdaşıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə