Yeni iPad-ın təqdimatı təxirə salınıb

23-01-2017 / 12:37

Yeni Apple iPad planşet kompüter modellərinin təqdimatı əvvəllər nəzərdə tutulduğu kimi, 2017-ci ilin martında deyil, ikinci rübdə planlaşdırılır.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yaxın vaxtlarda Apple şirkətinin cari ilin ikinci rübündə satışa çıxarılacaq planşetləri 9,7 düymlü modellə yeniləyəcəyi gözlənilir.

Məlumata görə, 10,5 və 12,9 düymlü digər iki yeni iPad qurğusunun təqdimatı ilin sonunadək təxirə salınacaq. Şirkətin bununla bağlı qəbul etdiyi qərarın səbəbləri barədə məlumat verilmir.

Lakin ekspertlər təxirə salınmanın əsas səbəbi kimi 10 nanometrlik texnoloji proses əsasında işləyən yeni prosessorların istehsal həcminin az olmasını qeyd edirlər.

İlkin məlumatlara görə, 10,5  düymlü yeni iPad 9.7 düymlü qurğunu əvəz edəcək. Planşetin ekranı hazırda dəbdə olan çərçivəsiz texnologiya üzrə hazırlanacaq, onun fiziki qabaritləri isə əvvəlki səviyyədə qalacaq.

Öz növbəsində ABŞ istehsalçısı ucuz sinfə aid qurğu kimi qələmə verilən 9,7 düymlü iPad planşeti üçün bazarın təhsil sektorunda kəskin tələbatın olacağını proqnozlaşdırır.   

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə