Yeni iPhone 7 nə vaxt təqdim ediləcək?-Rəsmi

30-08-2016 / 10:32

Apple şirkəti yeni iPhone modelinin rəsmi təqdimat gününü mətbuat konfransı ilə açıqlayıb və dəvətnamələri göndərib.

Xeberler.az bildirir ki,təqdimat mərasimi sentyabrın 7-də  San- Francisco-nun mərkəzindəki Bill Graham Civic Auditorium binasında reallaşacaq.

Xeberler.az-ın da mütəmadi məlumat verdiyi kimi, bu günə qədər iPhone 7 olaraq xatırlanan yeni ağıllı telefon barədə çox sayda söz-söhbət yayımlanıb.

Bunlar arasında ən inandırıcı olanlardan biri bu il cüt kameralı bir modelin iPhone portfelinin əlavə olunacaq olmasıdır. Yəni, 4.7 düymlük iPhone 7 və 5.5 düymlük iPhone 7 Plus-un  yanında cüt kameralı bir Plus modeli də böyük ehtimalla tanıdılacaq.

Bir digər söz-söhbət də yeni iPhone-da şərti 3.5mm qulaqlıq girişinin olmayacağıdır. Qeyd edilir ki, cihazla birlikdə gələcək qulaqlıq Lightning portla cihaza bağlanacaq.

Ümumi olaraq dizaynında iPhone 6S-ə  görə böyük dəyişikliklər olması gözlənilməyən yeni iPhone-nun  antena yeri və kamera  hissəsinfə  kiçik fərqliliklər ola bilər.

Mediaya sızan məlumatlara görə, yeni iPhone 16-17 sentyabr tarixlərində satışda olacaq. 

 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə