Yeni iPhone-lar daha güclü olacaq

22-05-2015 / 12:03

Yeni iPhone-lar müasir dövrümüzün ən son texnologiyasına sahib olacaq.

Apple-ın bütün telefon dünyasındakı üstünlüyünü bilməyən yoxdur. Apple günü-gündən özünü daha da gücləndirərək bu gücünü ağıllı telefonlarında əks etdirir və şirkət bir sonrakı yeni iPhone modellərinin indikindən daha güclü olması üçün çalışır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni iPhone Samsung Galaxy S6 və S6 / Edge-də istifadə olunan LPDDR4 RAM ilə çalışacaq. 2 GB LPDDR4 RAM-ı özündə saxlayacaq olan yeni iPhone cihazları gələcəkdə ən az 32 GB daxili yaddaşa sahib olacaq. Bildiyiniz kimi, iPhone hazırda ən aşağı 16 GB daxili yaddaşa sahib olarkən, gələcək illərdə ən az 32 GB daxili yaddaş ilə istifadəçilərə daha çox yaddaş yeri təqdim edəcək. Apple-ın iPhone 6 və 6 / Plus-da istifadə etdiyi 8 megapiksellik iSight kamerası isə gələcəkdə 20 megapiksel və 4K video çəkilişi təqdim edəcək və inkişaf edən kamerası ilə bərabər cüt LED flaş kamera da yerini alacaq.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.