Yeni loqo ictimaiyyətə təqdim edildi

14-06-2018 / 11:57

Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib.

Xeberler.az bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə Əlaqələr sektorundan  verilən məlumata görə, loqo emblem və tipoqrafik hissədən ibarət olmaqla hərəkətlilik və dinamikanı özündə əks etdirir.

Emblem hissədə həndəsi fiqur olan dairələr simmetrik qarşılaşdırılaraq avtomobil faralarında işıq diodlarını xatırladır. Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, birliyi ifadə edir. Həmçinin emblemdə dövlət bayrağının rənglərindən istifadə olunub. Abreviatura və onun açılışı formasında ifadə olunan tipoqrafik hissə emblemlə tamlıq təşkil edir. Dairə elementlərinin məsafəli şəkildə təsviri isə qurumun iş prinsiplərində dəqiqlik, hərtərəflilik, çeviklik, pozitivlik, nəqliyyat sistemində norma yaratma prinsiplərini göstərir.

Təqdimat zamanı loqotipin istifadəsinə dair qayda və tələblər haqqında da geniş məlumat verilib. Əlavə olaraq bildirilib ki, tərtibat işlərində mavi, yaşıl, qırmızı və bənövşəyi rənglərdən istifadə oluna bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə