Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012 / 18:22

İREX MEDİA  Azərbaycan nümayəndəliyinin  təşəbbüsü və xarici mütəxəssislərin  iştirakı ilə Universitetlərdə Yeni  media  fənlərini tədris edən müəllimlər üçün keçirilən təlimlər başa çatıb.

Xeberler.az-ın məlumatına görə, təlimlər İREX Media qurumu tərəfindən  Multimedia Mərkəzi ilə partnyorluq şəraitində gerçəkləşdirilən  “Azərbaycan Yeni Media” layihəsi çərçivəsində baş tutub.

Böyük Britaniyadan olan mütəxəssis David  Brever  iştirakçılara yeni media fənlərinin tədris metodları barədə bir sıra dəyərli bilgilər və məlumatlar veriblər.

Treninqdə Yeni medianın tədrisinin təkmilləşdirilməsi istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında da müzakirələr aparılıb,

Universitetlərin jurnalistika fakültələrinin müəllimləri üçün nəzərdə tutulan təlimlərdə  BDU, Naxçıvan Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Universiteti , Xəzər Universiteti , Odlar Yurdu Universiteti və Dillər Universitetinin müəllimləri iştirak ediblər.

 

Xeberler.az

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə