Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011 / 21:02
Daha öncə də məlumat verdiyimiz kimi, Multimedia Mərkəzi tərəfindən “Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilir. 
 
Layihə çərçivəsində  əsas diqqət yeni formalaşmaqda olan  media  bazarının tələblərinə uyğun olaraq  yeni media texnologiyalarının tədris proqramlarının hazırlanmasına yönəlib.
Tədris proqramı  jurnalist tələbələrdə müasir  peşəkar fəaliyyət üçün gərəkli olan bilik və bacarıqların aşılanmasının nəzərdə tutur.
 
Layihənin gedişatı barədə Xeberler.az-a məlumat verən layihə rəhbəri Osman Gündüz bildirdi ki, bu sahədə mövcud vəziyyətin daha dərindən araşdırılması daha keyfiyyətli tədris proqramlarının hazırlanmasına köməklik edərdi: “Bu məqsədlə yeni media texnologiyaları sahəsində çalışanların rəy və şərhlərinin xeyli faydalı olacağını zənn edirik. Məhz bu səbəbdən informasiya portalı olaraq, Sizdən online sorğu anketinin doldurulmasına və yayılmasında yardımçı olmanızı rica edirik".
 
“Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” layihəsi Multimedia Mərkəzi tərəfindən icra olunur.
 
Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib. Layihənin əsas məqsədi jurnalistika təhsili verən ali təhsil müəssisələrində internet medianın  tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir.  
Həmçinin  Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət  yeni tədris modeli hazırlamaqdır.
 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.