“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011 / 17:32
Multimedia Mərkəzi bildirir ki , “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” layihəsinin icrasına başlanılıb. 
 
Layihənin əsas məqsədi jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet  medianın  tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir.
 
Həmçinin  layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət  yeni tədris modeli hazırlamaqdır.
 
Layihənin gedişi müddətində media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyəti ( iş yerləri , tələb-təklif münasibətləri, kadr problemi və s.) araşdırmaq, maraqlı tərəflərin iştirakı ilə  ictimai diskussiyalar keçirmək  nəzərdə tutulub. 
 
Layihə çərçivəsində  hər bir ali təhsil müəssisəsinin jurnalistika  fakültələri üçün tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılması  məqsədilə tələbə onlayn qəzetinin vahid modulu hazırlanacaq. Həmçinin tələbələrin İnternet TV  və İnternet Radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün  pilot qaydada seçilmiş ali təhsil müəssisələrinin birində  İnternet TV Studiya yaradılacaq. Onlayn qəzetdə və Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil olunacaq.
 
Layihə çərçivəsində  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət  internet resurs yaradılması da nəzərdə tutulub.
Yeni media  texnologiyaları tədris olunan kafedralar üçün tələbələrə təqdim olunacaq buraxılış işlərinin nümunəvi mövzuları və “İnformasiya  cəmiyyətinin jurnalisti” üzrə ixtisaslaşma ilə bağlı xüsusi tədris proqramları da hazırlanacaq.
 
Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanan tədris modeli Jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə  yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqənin formalaşması  prosesi sürətlənəcək.
 
Multimedia Mərkəzi bildirir ki, Layihə ali təhsil müəssisələrinin jurnalistika bölmələri, yeni media qurumları və mütəxəssislərinin yaxından iştirakı ilə gerçəkləşəcək.

Multimedia Mərkəzi maraqlı tərəfləri Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdə yaxından iştirak etməyə dəvət edir.

Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.
 
 
 
 
 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.