Yeni mesajlaşma proqramı təqdim edildi

09-12-2015 / 10:36

1994-cü ildə Sony tərəfindən hazırlanan oyun konsolu PlayStation onlayn oyun platformasında müəyyən yer qazanıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, PlayStation  artıq mobil mesajlaşma tətbiqi kimi də istifadə olunacaq.  Bu mobil proqram PlayStation-dakı dostlarınızla əlaqə qurmağınıza kömək edəcək.

iOS və Android cihazlar üçün Sony tərəfindən hazırlanan proqram PlayStation Messenger ödənişsiz olaraq istifadəyə verilib.  Dostlarınız arasında şəxsi mesaj göndərə biləcəyiniz tətbiqdə eyni vaxtda 100 nəfərlik qruplar yarada bilərsiz. Proqram vasitəsilə  yazıdan əlavə müxtəlif emosiyalar da göndərə bilərsiz.

PlayStation hesabınızdakı dostlarınızla söhbət etmək üçün yaradılan proqrama yeni funksiyaların əlavə edilməsi gözlənilir.

Sevinc Əsədova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə