Yeni nəsil iPhone-lar üçün prosessor istehsal edilir

24-05-2018 / 10:26

Tayvanın TSMC şirkəti Apple istehsalçısının payızda təqdim edəcəyi növbəti nəsil iPhone smartfonları üçün prosessorların seriyalı buraxılışına başlayıb.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, ABŞ şirkətinin A12 adlı yeni prosessoru 7 nanometrlik texnoloji prosesdən istifadə edən çip üzərində ilk mobil sistem olacaq.

Hazırda ən qabaqcıl çiplər, o cümlədən iPhone X və iPhone 8 modellərində Apple A11, eləcə də Qualcomm Snapdragon 845 10 nanometrlik texnoloji proses üzrə buraxılır.

Bildirilir ki, 7 nanometrlik (göstərici çipin hesablama elementləri arasında məsafəni bildirir) prosessorlar 10 nanometrlik çiplərdən daha effektiv, məhsuldar və yığcam olacaq. Onlarla təchiz edilən smartfonlar eyni məhsuldarlığa malik olmaqla enerji toplamadan daha çox işləyə və az qıza və ya əvvəlki nəsil çiplərin avtonomluğunu və termopaketini saxlamaqla daha güclü olacaqlar.

TSMC şirkətinin nümayəndələri qeyd edib ki, yalnız çip üzərində bir neçə mobil sistemlər üçün yararlı olan 10 nanometrlik texnoloji prosesdən fərqli olaraq yeni texnoloji proses mobil SoC texnologiyaları ilə yanaşı, müxtəlif təyinatlı çiplər, o cümlədən mərkəzi və qrafik prosessorlar, neyron hesablamalar, avtomobil avadanlığı və kriptovalyuta mayninqi komponentləri üçün istifadə ediləcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.