Yeni nəsil kiçik personal kompüterlər

19-05-2015 / 20:20

Gündən günə texnologiyalar kiçilməyə doğru gedir. Köhnələrdən bildiyimiz böyük qablı kompüterlərin yerini onlardan 5 dəfə kiçik kompüterlər tutur. PC dediyimiz texnologiya artıq cibinizə belə girə biləcək qədər kiçilib. Acer şirkətinin yeni istehsal etdiyi Acer Revo One buna ən yaxşı misaldır. Bu texnologiya əvvəllər yalnız internet yayım üçün istifadə olunsa da yenilənən Acer artıq normal bir komüterin edə biləcəyi hər şeyi edir.

Xəbərlər xarici sayta istinadən məlumat verir ki, Revo One-ın başlanğıc qiyməti 249 dollardan 579 dollara qədər artacaq. Minimal olaraq İntel Celeron prosessor , 2 GB RAM və 80 GB daxili yaddaşı ilə gələcək olan bu kompüter qiymətindən asılı olaraq İ3 və İ5 prosessorlar və 1TB daxili yaddaşa qədər artırıla biləcək. Əgər siz internet yayım vaxtı  4K video formatından baxmaq istəyirsinizsə yəqin ki güclü olanı almaq məcburiyyətində qalacaqsınız. Ən əsas üstünlük isə qiymətin daxilinə siçan və klaviatura daxildir.

Öz rəqibləri olan Acer Revo one bazarda ən ucuz və keyfiyyətli kompüteri təqdim edir. Belə ki, HP Pavilion Mini və Mac Mini bu kompüterdən bir qədər bahadır.

 İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə