Yeni ödəniş portalı istifadəyə verilib

22-11-2015 / 11:14

Modenis MMC şirkəti E-manat ödəniş sisteminin E-manat.az ödəniş portalını istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə, artıq ödəniş portalı vasitəsilə kommunal xidmət, mobil operator, internet, kabel televiziyası, oyun və s. ödənişləri tez, etibarlı və rahat şəkildə həyata keçirmək olar.

Yeni portalın istifadəyə verilməsi həm elektron ödənişlərə üstünlük verən ödəyicilər üçün etibarlı vasitə təqdim etmək, həm də ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinə dəstək olmaq məqsədi daşıyır. Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur. Ödənişlər üçün istifadəçilərdən komissiya tutulmur.


Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə