Yeni peykimiz orbitə nə vaxt buraxılır?

06-04-2018 / 13:52

Azərbaycanın ikinci geostasionar peyki Azerspace-2/Intelsat 38-in buraxılışı mayın 25-ə planlaşdırılıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycanın peykinin buraxılışı ilə məşğul olan Fransaın Arianespace şirkəti bildirib.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan Ariane 5 ECA raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Bildirilir ki, Ariane 5 ECA raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın GSAT-11 rabitə peykini də çıxaracaq.

Qeyd edək ki, Azərbaycanın Azerspace-2/Intelsat 38 peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq. (Trend)

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.