Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018 / 11:04

Azərbaycan Milli Ordusunun 100 illiyi münasibətilə yeni poçt markası
dövriyyəyə buraxılıb.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC tərəfindən Azərbaycan Milli Ordusunun 100 illiyi münasibətilə yeni poçt markası hazırlanıb.

Poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar 26 iyun tarixində dövriyyəyə buraxılacaq.

110x135 mm ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.

Markaları Azərpoçt MMC-nin poçt şöbə və filiallarından, eləcə də Şəbəkə xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.