Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018 / 10:00

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan Şəbəkə xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür.

Xeberler.az bildirir ki, hazırda respublika üzrə 6 Şəbəkə xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha 1, Sumqayıt şəhərində isə ilk Şəbəkə xidmət mərkəzi açılacaq.

Şəbəkə xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə Şəbəkə mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.

İlk Şəbəkə 2017-ci il fevral ayının 10-da istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Eyni zamanda, Şəbəkə mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

E-XİDMƏTLƏR

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. EGovPay - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. Şəbəkə-yə məxsus 123 çağrı mərkəzi isə  həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar günü isə 9:00-dan 18:00-dək  daxil olan bütün sorğuları qəbul edir.

Xeberler.az

"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.