Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

06-09-2018 / 10:52
Yeni nəsil şəxsiyyət vəsiqələrinə keçid Azərbaycanda kibertəhlükəsizliyin səviyyəsinin daha da artmasına xidmət edəcək.
 
Xeberler.az  Trendə istinadən bildirir ki, bunu Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, elektron imza sertifikatlarının yeni şəxsiyyət vəsiqələrinə inteqrasiyası mütərəqqi addımdır:
 
"Bu, vətəndaşlara elektron hökumət xidmətlərinə sərbəst şəkildə müraciət etməyə imkan verəcək. Bu isə çox vacibdir. Vətəndaşlardan elektron imza sertifikatları və autentifikasiya əldə etmək tələb olunmayacaq. Bu addımı mütərəqqi hesab etmək olar. Hesab edirəm ki, yeni şəxsiyyət vəsiqələrinə keçid ölkədə kibertəhlükəsizliyin səviyyəsinin daha da artmasına xidmət edəcək”.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.