Yeni Sony smartfonları təqdim olunub

30-10-2017 / 13:39

Sony Mobile şirkəti Xperia R1 və Xperia R1 Plus smartfonlarını nümayiş etdirib.

Satışlarına noyabrda başlanacaq smartfonlar özündə 1,4 QHs takt tezlikli səkkiz ARM Cortex-A53 nüvəsini və Adreno 505 qrafik sürətləndiricisini birləşdirən Qualcomm Snapdragon 430 prosessorundan istifadə edir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadəm məlumat verir ki, quraşdırılmış LTE Cat 4 modemi məlumatları 150 meqabit/saniyə sürətində yükləməyə imkan verir.

Məlumata görə, yeni qurğular 1280 × 720 piksel təsvir ölçülü və diaqonal üzrə ölçüsü 5,2 düym təşkil edən HD 2.5D ekranı ilə təchiz edilib. Korpusun arxa tərəfində işıqlandırıcıya malik 13 meqapikselli, ön tərəfində isə 8 meqapikselli kamera quraşdırılıb.

Bundan başqa, smartfonlar Wi-Fi 802.11b/g/n  və Bluetooth 4.2 modullar, GPS/GLONASS qəbuledicisi, USB Type-C portu, qulaqcıqlar üçün standart 3,5 mm-lik çıxış, microSD kartı üçün çıxış və nanoSIM kartları üçün iki çıxışla təchiz edilib. Qurğuların qabaritləri 146 × 73,2 × 8,89 mm, çəkisi 154 qram təşkil edir. Akkumulyator tutumu 2620 milliamper/saata bərabər smartfonlar Android 7.1 Nougat əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Onları, həmçinin “Android 8.0 Oreo” sisteminədək yeniləmək mümkün olacaq.

2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik Xperia R1 smartfonunun qiyməti 215 dollar, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən Xperia R1 Plus modelinin isə 245 təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.