Yeni startap fəaliyyətə başladı-Hediyye.al

14-02-2017 / 14:22

Son vaxtlar ölkədə gənclərin öz startapını qurmağa daha çox meyil etməsini müşahidə edirik.

Artıq bu sahədə də rəqabət formalaşıb, getdikcə daha da artır.

ASAN xidmətin təcrübəsindən yararlanan yeni startap da fəaliyyətə başlayıb. Belə ki, ASAN Könüllülərinin Biznes inkubatoru BAŞLA-da inkubasiya olunan layihələrdən olan Hediyye.al xidmətə başlayıb.

Hediyye.al sevdiklərinizə hədiyyə alarkən sizə maraqlı və sərfəli seçimlər təklif edir.

Sayt Bakı şəhərindəki müxtəlif gül, şirniyyat, oyuncaq və digər məhsulların satışını həyata keçirən mağazaları özündə  birləşdirir.

Startapın fəaliyyəti ilə bağlı layihənin ideya müəllifi olan Emil Məhərrəmov ilə ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

 -Emil bəy, necə oldu bu layihəyə başladınız?

-Həmişə öz biznesimi qurmağa həvəsim olub. Buna görə də strataplar, startapçılar haqqında çoxlu oxuyurdum. ASAN xidmət mərkəzində könüllü olarkən BAŞLA layihəsilə tanış oldum və bu layihənin dəstəyi ilə öz startapımı qurmaq qərarına gəldim. Beləliklə, hediyye.al ərsəyə gəldi.

-Hediyye.al nədir və digər layihələrdən üstünlüyünü nədə görürsünüz?

-Hediyye.al Azərbaycanda elektron ticarət sahəsində və ya başqa sözlə desək, sosial ticarət sahəsində daha asan,daha qısa müddətdə və daha keyfiyyətli hədiyyə satışını həyata keçirmək məqsədiylə təsis edilmiş elektron platformadır.Onlayn satış sisteminə əsaslandığı üçün satışlar plastik kartlar vasitəsiylə həyata keçiriləcək. Bu o demək deyil ki, satışlar yalnız plastik kartlarla olacaq. Nəzərə alsaq ki, Azərbaycanda plastik kartla alış-veriş tam formalaşmayıb və bu nöqteyi nəzərdən biz nağd şəkildə satışıda öz satış formalarımıza əlavə etdik.

-Xarici ölkələrdən sifariş vermək mümkündürmü?

-Pilot layihə olaraq hələki paytaxtda satışa start vermişik, lakin fəaliyyət planımızda bütün Azərbaycanı əhatə etmək var. Daha sonra isə beynəlxalq miqyasda satışlar etməyi planlaşdırırıq. Ölkəmizdə tam formalaşmasa da, dünyada onlayn satış çox geniş vüsət alıb.Düşünürəm ki, niyə də  bu vasitəylə  dünya bazarına çıxmayaq? Bununla məhsullarımızı da dünya bazarına çıxara bilərik.

-Portalda qiymətlər necədir?  Müştəriləri qane edirmi?

-Özüm  də gəncəm,tələbəyəm. Bu gün portalın istifadəçilərinin əksər hissəsi də gənclər və tələbələrdir. Yaxşı başa düşürəm maliyyə cəhətdən bu kateqoriya insanlar hansı qiymətlərə üstünlük verirlər. Bunları nəzərə alaraq portalda bir qiymət aralığı müəyyənləşdirmişik. Yəni, qiymətlər hər kəsin cibinə uyğundur. Həm hediyye.al olaraq istifadəçilərin rahatlığını düşünmüşük. Belə ki,istifadəçilər ödənişləri həm nağd, həm də elektron formada qəbul edə bilərlər.

-Azərbaycan bazarında bu tipli layihələrlə fəaliyyət göstərmək Sizə hansısa çətinlikləri yaradırmı?

-Biraz əvvəl qeyd etdiyim kimi, Azərbaycanda onlayn alış-veriş tam formalaşmayıb Düşünürəm ki, bunun əsas səbəbi müştərinin qorxusu və inamsızlığıdır. Məhz bu iki səbəb onlayn alış-verişin qarşısında çox ciddi məhdudiyyətlər qoyur. Biz isə bu iki səbəbin qarşısını etibarlı bir brend olaraq alacağımızı ümid edir və inanırıq.

-ASAN xidmət sizə necə dəstək verdi?

-Qeyd etdiyim kimi bu məhsul BAŞLA layihəsində inkubasiya olunub. ASAN xidmət-də könüllü olduğum müddətdə bu layihəylə bağlı eşitdim və sonra  layihəyə qatıldım. Layihəmi təqdim etdim, uğurlu qiymətləndirildi və layihənin icrası üçün maliyyə ayrıldı. Artıq layihə ərsəyə gələndən sonra da istər ASAN Könüllüləri , istərsə də əməkdaşlar layihənin tanıdılması üçün istənilən köməkliyi göstərdilər. 

 Azərbaycanda bu layihə bənzər Buket.al da fəaliyyət göstərir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə