Yeni təhlükəli mobil virus yayılıb-Xəbərdarlıq

20-07-2017 / 16:36

Android istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb.

Virus Google-un rəsmi tətbiqlər mağazası olan Play Store-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.

LeakerLocker adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.

Artıq  minlərlə Android istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda  “Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz” - deyə yazı peyda olur.

McCafe kibertəhlükəsizlik qurumu tərəfindən LeakerLocker təhlükəsi Play Store-dakı iki tətbiqdə Wallpapers Blur HD və Booster & Cleaner Pro proqramlarında aşkar edilib. McCafe şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə Google şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq LeakerLocker-un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.

Xeberler.az bildirir ki, qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:

  • Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
  • Play Store-da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
  • Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
  • Əgər artıq  mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.

Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 Qaynar Xətt-inə zəng etməyiniz və ya team@cert.az elektron ünvanına yazmağınız tövsiyə olunur.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.