Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016 / 18:28

Ümumrespublika Elm Festivalı keçiriləcək.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, Ümumrespublika Elm Festivalının keçirilməsi haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

AMEA prezidenti, akademik Akif Əlizadə elmi biliklərin populyarlaş­dırıl­ma­sı, gənc nəsildə elmə marağın yaradılmasının son illər akademiyada həyata keçirilən isla­hatların mühüm istiqamətlərindən olduğunu bildirib.

2014-cü ildə keçirilən Bakı Elm Festivalının əhəmiyyətindən danışan A.Əlizadə yeni elmi texnologiya və innovasiyaların nümayiş etdirilməsi, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın artırılmasında bu kimi tədbirlərin vacibliyini söyləyib.

Bildirilib ki, festivalın proqramında yer alan sərgi, mühazirələr və elmi müəssisələrə səyahətlər uğurla təşkil olunub, nümayiş etdirilmiş əyləncəli şoular ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Akademik qeyd edib ki, əldə olunmuş uğurlara baxmayaraq, elmin populyarlaşdırılması istiqamətində görülmüş işlərin daha da genişləndirilməsinə ehtiyac var.
Bununla əlaqədar olaraq, Rəyasət Heyəti  25 oktyabr-10 noyabr  tarixlərində Ümumrespublika Elm Festivalının keçirilməsi haqqında qərar qəbul edib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə