Yeni texnologiyalar üzrə təlimlər başlayıb

04-07-2017 / 11:25

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) yardım aləti çərçivəsində “Yeni  Telekommunikasiya Texnologiyaları” üzrə  ekspert missiyasına başlanılıb.
 
Xeberler.az-ın məlumatına görə, Almaniyanın İqtisadi İşlər və Energetika Nazirliyinin rəsmisi cənab Anders Hart Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Aztelekom MMC-nin və Baktelekom-un nümayəndələri üçün seminarlar keçəcək.
 
Ekspert missiyası çərçivəsində müxtəlif mövzular ətrafında təqdimatlar ediləcək, tədbir iştirakçılarına Avropa ölkələrinin, xüsusilə də Almaniyanın informasiya və telekommunikasiya texnologiyaları sahəsindəki nailiyyətləri, təcrübəsi  və gələcək planları barədə məlumat veriləcək.

Qeyd edək ki, Aztelekom MMC-nin təşəbbüsü ilə keçirilən tədbir 5 gün davam edəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.