Yeni virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

27-01-2017 / 10:58

Elektron-poçt istifadəçilərini hədəf alan SAGE 2.0 adlandırılan yeni ransomware aşkarlanıb.

Xeberler.az məlumat verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhülkəsizlik Mərkəzi istifadəçilərə xəbərdarlıq edib.

Qeyd edilib ki,  bu təhlükə CryLocker adlanan ziyanvericinin bir növü hesab olunur. Ziyanverici “e-poçt” istifadəçilərinəEMAIL_[random_numbers]_recipient.zip formasında göndərilir.

Mesajın mövzu xanasında heç bir başlıq yazılmır və mesaj  istifadəçinin  spam qutusuna daxil olur. SPAM “e-poçt” mesajı aşağıdakı şəkildəki kimi görünür:

Belə ki, ZİP formatında olan faylın içərisində Word sənədləri  və JS faylları mövcuddur. Bu fayllar ziyanverici skriptlərdən ibarətdir ki,  əgər fayl kompüterə endirilirsə və açılarsa ziyanverici  işə düşərək kompüterdəki bütün fayl sənədlərini şifrələyəcək və fayllar .sage genişlənməsinə çevriləcəkdir.

Daha sonra istifadəçiyə bütün növ faylların (audio, video, məlumat bazası, şəkil) şifrələnməsi və bədniyyətlilərin köməyi olmadan onları geri qaytarmağın mümkünsüzlüyü barədə qeyd  daxil olur.

Eyni zamanda şifrələnmiş faylların deşifrə edilməsi üçün lazım olan məbləğin ödənilməsi məqsədilə keçidlər yerləşdirilir. Lakin qeyd olunan məbləğin ödənilməsindən sonra faylların deşifrə olunmasına təminat verilmədiyindən, bu tələblə razılaşmaq tövsiyə olunmur.

Hələ ki, şifrələnmiş faylların geri qaytarılması texnikaları müəyyənləşmədiyindən istifadəçilərə e-poçt hesablarına naməlum şəxs və ünvandan gələn əlavələri endirməmək və açmamaq tövsiyə olunur. Eyni zamanda kompüter istifadəçilərinə tövsiyə edirik ki, mütəmadi olaraq kompüterlərindəki vacib  faylların ehtiyat nüsxəsini (backup) çıxarsınlar və  bir başqa qurğuda saxlasınlar. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.