Yeni Xiaomi qurğusu 4K formatını dəstəkləyir

11-10-2018 / 12:05

Xiaomi şirkəti yenilənmiş “Mi Box S” televizor qurğusunu təqdim edib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, qiyməti 60 dollar təşkil edən yeni qurğu çoxlu quraşdırılmış “Google” məhsullarına malikdir, “HDR” standartlı təsviri saniyədə 60 kadr sürətində olmaqla “4K” təsvir ölçüsündə göstərir və “Dolby DTS” çoxkanallı səs formatını dəstəkləyir.

Məlumata görə, “Xiaomi Mi Box S” çoxnüvəli alt qrafik sistemli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş və “Bluetooth 4.2” dəstəyi ilə təchiz edilib. Televizor qurğusunda 1 “HDMI 2.0A” və “USB 2.0” portu və audioçıxış nəzərdə tutulub. Əvvəlki “Xiaomi” mediapleyer modelləri kimi, yeni qurğu ən son “Android TV” versiyasının idarəetməsi ilə işləyir.

Qurğu dəstinə üzərində “Netflix” onlayn kinoteatrı və televizor kanallarına keçid üçün ayrı-ayrı düymələrin quraşdırıldığı məsafədən idarəetmə pultu daxildir.

ABŞ-da “Xiaomi Mi Box S” üçün artıq ilkin sifarişlər qəbul edilir. Qurğunun tədarüklərinə isə oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.