Yer kürəsində planetlərin düzülüşü başlayır

25-01-2016 / 10:56

Bu gündən etibarən Yer kürəsində planetlərin düzülüşü başlayır.

Xeberler.az Report-a istinadən məlumat verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq:

"Planetlərin düzülüşü yanvarın 29-da görünsə də bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək".

Xıdır Mikayılov qeyd edib ki, səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcək:

"Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirəcək. Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir. Amma bu, planetlərin hərəkətinə görə düzülüş formasıdır".

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə