Yerə bənzər 4 planet aşkar edilib

12-08-2017 / 10:28

Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsindən 12 işıq ili məsafəsində yerləşən Tau Kita ulduz birləşməsi ətrafında 4 Yerə bənzər planetin dövr etdiyi aşkarlanıb.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, planetlərin çəkisi Yerin çəkisinin 1,7-si qədərdir. Buna görə də planetlər Günəşə bənzər ulduzların ətrafında aşkarlanan ən kiçik göy cismləri hesab edilirlər. Obyektlərin dördü də qayalıqdan ibarətdir. Tau Kita ulduz birləşməsindən ən uzaq məsafədə yerləşən iki planet potensial olaraq həyat üçün yararlı hesab edilib.

Alimlər guman edirlər ki, planetlər daima kometa və asteroid “yağışına” məruz qalırlar.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.