Yerli biznes qurumlarında blokçeyndən istifadə müzakirə olundu

28-06-2018 / 17:15

 Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirildi.

Xeberler.az bildirir ki, tədbirin açılışını ASK Vitse-prezidenti Vüqar Zeynalov və BAM həmtəsisçisi Sabit Bağırov ediblər. 

Tədbirdə Sənan Həsənov "Kriptovalyuta nədir?", "Biznesdə ondan necə istifadə etmək olar?", "Biznesə necə tətbiq etmək mümkündür?" suallarına aydınlıq gətirib.  

Eyni zamanda Elnur Quliyev yerli biznes qurumları üçün ICOToken-lərdən istifadə ilə bağlı geniş məlumat verib. 

BAM həmtəsisçisi, Waves  platormasının Azərbaycan üzrə nümayəndəsi Orxan Əhmədov isə Waves  platforması və ondan  biznesdə istifadə  barədə təqdimat edib.

Konfransda Keepface  startapının təmsilçisi  Elşad Yusifli yeni layihələri olan KeepCoin haqqında məlumat verib. 

Konfrans təqdimatlar ətrafında sual-cavab və müzakirələrlə davam edib.

Qeyd edək ki, konfrans Blockchain Azərbaycan Mərkəzi Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunub.

 

Sevinc Baba-zadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə