Yerli icra qurumların xidmətləri nə zaman elektron olacaq?

22-06-2017 / 18:03

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.

İctimai Şuranın kordinatoru Osman Gündüz Xeberler.az-a bildirib ki, toplantıda yerli icra orqanlarının göstərdikləri xidmətlərin  elektron formaya keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Toplantıda VXSİ Dövlət Agentliyinin, Elektron Hökumət Portalının operatoru – NRYTN Məlumat Hesablama Mərkəzinin, Binəqədi rayon İcra Hakimiyyəti və Sumqayıt şəhər İcra Hakimiyyətinin də nümayəndələri iştirak edib.

Binəqədi İcra Hakimiyyətinin nümayəndələri bu qurumda xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı öz  təcrübələrini İctimai Şura üzvləri ilə bölüşüb.

MHM-in nümayəndəsi artıq bir neçə xidmətin MHM tərəfindən elektron formaya keçirildiyini, lakin hüquqi məsələlər və yerli icra qurumlarında bir sıra vacib məqamların dəqiqləşmədiyini  nəzərə alaraq hələlik istifadəyə buraxılmadığını diqqətə çatrırıb.

Toplantıda çıxış edənlər yerli icra orqanlarında elektron hökumət quruculuğu ilə bağlı işlərə kompleks formada yanaşılmasının vacibliyini, bu istiqamətdə ilk öncə hüquqi normativ sənədlərin və vahid texniki standartların qəbul edilməsinin vacibliyini və kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda hazırda şəhər icra qurumları tərəfindən təqdim olunan 40-dək  və rayon icra qurumları tərəfindən təqdim oluna 25-dək xidmətlərinin daha vacib olanların, populyar və sosial əhəmiyyət kəsb edənlərin, korrupsiya riski yüksək olanların ilk növbədə elektron formaya keçirilməsinin vacibliyi qeyd edilib.

İctimai Şuranın toplantısında müzakirə olunan məsələ ilə bağlı təkliflərin yekun variantının hazırlanması və hökumətə təqdim edilməsi qərara alınıb.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.