Yerli məhsulların ixracı üçün yeni portal yaradılıb

19-12-2016 / 10:44

Məlumat verdiyimiz kimi, İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamında Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılması da nəzərdə tutulub.

Xeberler.az-ın məlumatın görə, “Made in Azerbaijan" məhsullarının xaricə ixrac olunması məqsədilə azexport.az  portalı hazırlanıb.

Sayt  fəaliyyətə başlayıb və sabah geniş ictimaiyyətə təqdim ediləcək. Belə ki, platformanın ADA Universitetində təqdimat mərasimi  keçiriləcək.

Saytda qeyd edilib ki, Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir.

Bu missiyanı həyata keçirmək üçün dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunub. 

Azexport.az VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir.

Sayt 3 dildə ( Azərbaycan, rus, ingilis) təqdim edilib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə