Yerli məhsulumuz Fatal Fight oyunundan yenilik

01-04-2016 / 11:26

Məlumat verdiyimiz kimi,  ötən il Tor Digital Agency  tərəfindən yerli Fatal Fight (Son Savaş) adlı oyunu oyunsevərlərin istifadəsinə verildi.

Xeberler.az-ın məlumatına görə, artıq Fatal Fight oyununu Microsoft Store-a da yerləşdirilib. Yəni, bundan sonra Windows Mobile əməliyyat sistemini işlədən istifadəçilər də Fatal Fight-ı yükləyə biləcək.

Qeyd etdiyimiz kimi, oyun həm iOS, həm də Android-də yerləşdirilib.

Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, bu günə qədər  Fatal Fight Android cihazlarda 4 milyon dəfə yüklənilib. iOS-da isə bu rəqəm 700 mindir.

Məlumatda qeyd edilib ki, yaxın vaxtlarda Fatal Fight Steam istifadəçilərinə də təqdim ediləcək.

Xatırladaq ki, əsas komandası 7 nəfər əsas, ümumi 14 nəfərdən ibarət komandası olan və  6 ay müddətində hazırlanan bu oyunun vizual effektləri  Mortal Kombat, Gameplayi  isə Thimberman oyununun motivləri əsasında hazırlanıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.