Yerli startapımız 90 min AZN-dən çox yatırım alıb

25-01-2017 / 10:52

Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, yerli startapımız Shrippy layihəsi 150-200 min manat ətrafında  investisiya yatırımı alıb, amma fəaliyyətində irəliləyiş müşahidə edilmir.

Bəzi idddialar var ki, Shrippy layihəsi bazarda uğurlu ola bilməyib.

Qeyd edək ki, qlobal bazarı hədəfləyən Shrippy SUP akselerator proqramının startaplarından olub.

Shrippy nədir?

Shrippy- alış-veriş üçün onlayn platformadır. Platformada  aldığınız geyimlərin markasını, qiymətini və yerləşdiyi məkanı qeyd edirsiniz.

Xatırladaq ki, bu yaxınlarda məşhur Instagram platforması da bu  idmətə oxşar funksiyasını elan etdi. Belə ki, artıq istifadəçilər Instagram üzərindən bəyəndikləri bir məhsula dair daha çox detal görə biləcək və birbaşa səbətə əlavə səhifəsinə istiqamətləndiriləcək.

Bu yenilkdən sonra Shrippy layihəsinə böyük rəqib çıxdı. Bu da bəzi iddialara səbəb oldu ki, Shrippy bu xidmətlə bazara daxil olmaqda gecikdi və belə böyük şirkətlə mübarizə apara bilməyəcək.

Bunları nəzərə alaraq həm layihənin invetisiya alması, həm də hazırda işlərin nə yerdə olması ilə maraqlanmaq üçün layihə rəhbərlərindən Cəfər Nəcəfov ilə söhbət etdik.

Layihə rəhbəri investisiya aldıqlarını təsdiqləsə də, bu yatırımın rəqəmini açıqlamaq istəmədiyini deyib.

Cəfər Nəcəfov bildirib ki, hazırda Shrippy yeni yatırım mərhələsindədir, investorlarla danışıqlar davam edir.

Layihənin uğursuz olması iddialarına gəlincə isə o, qeyd edib ki, Shrippy layihəsi fəaliyyətini dayandırmayıb:

“Düzdür, Instagram tag etmək funksiyasını test etməyə başladığı üçün bu, bizim üçün o qədər də yaxşı olmadı. Bir çox investorlar bunu bizim layihə üçün risk kimi görür. Amma bunlara uğursuzluq kimi qiymətləndirmirik və fəaliyyətimizə davam edirik. Hər gün insanlar Shrippy-dən istifadə edərək sosial şəbəkələrdə paylaşımlar edir və bu da bizi ruhlandırır”.

Məsələ ilə bağlı SUP akselerator proqramının yaradıcısı, Khazar Ventures şirkətinin rəhbəri Məmməd Kərimov saytımıza bildirirb ki, Shrippy layihəsi 50k$- 92 min AZN investisiya alıb.

Onun sözlərinə görə, yatırımı Khazar Ventures də daxil olmaqla 3 investor həyata keçirib.

Məmməd Kərimov qeyd edib ki, Shrippy layihəsi hazırda Türkiyədə fəaliyyətinə dava edir.

Layihənin uğursuz olması iddiasına münasibət bildirən şirkət rəhbəri vurğulayıb ki, bir startapa yatırımın uğurlu olub-olmaması ancaq 3-4 il müddətində məlum ola bilər.

Məmməd Kərimov xatırladıb ki, SUP Shrippy layihəsinə ancaq akselarasiya müddətində dəstək olub.

Shrippy layihəsi ötən il  Türkiyədə keçirilən Webrazzi Summit çərçivəsində startaplar üçün təşkil edilən Webrazzi Arena yarışmasında iştirak edib.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə