Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015 / 17:38

Xəbər verdiyimiz kimi, Bakıda azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilir.

Xeberler.az-ın verdiyi məlumata görə, Ümumdünya Startap Müsabiqəsinin yerli seçimləri Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatı dəstəyi ilə təşkil edilir.

Müsabiqədə Alkredit, AVTechnology, BakuParking, BethClip, bookr, Cready, FACE2FACE, Flapus, Lendock, dronee, Virtual Technologies, Vizam.az startapları birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, qaliblər 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500.000 dollara qədər investisiya almaq imkanı qazanacaq.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə