Yerli və təbii balın onlayın satışı- Mr.Bee

22-01-2016 / 16:18

Məlumdur ki, hazırda ölkə iqtisadiyyatı çətin dövrlərini yaşayır.

Ekspertlər də qeyd edirlər ki, bu məqamda  qobal bazara çıxmaq, yerli məhsulların xarici bazara satışını təmin etmək uğurlu addım olardı.

Xeberler.az-ın məlumatına görə, KERCOM şirkəti atıq belə addım atıb.

Belə ki, bazarda yeni olan şirkət yerli və təbii balın onlayn satışını həyata keçirir. Bir neçə xarici ölkəyə bal və arıçılıq məhsullarının satışını həyata keçirən bu şirkət yerli istehlakçıları da diqqətdə saxlayır.

Qeyd edək ki, Mr.Bee startap layihəsi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin üzvüdür.

Kercom MMC topdan satış bazarının əsas iştirakçılarından biridir. 2015-ci ilin son rübündən başlayaraq, şirkətin uzunmüddətli strategiyasında dəyişiklik edilərək, pərakəndə bazara daxil olması qərarı qəbul olunub.

İndi isə  şirkət  bazara Mr.Bee  adı altında yeni brend  təqdim edib.

Xeberler.az-ın məlumatına görə, şirkət www.mrbee.az saytı üzərindən   müştərilərinə yüksək keyfiyyətli və təbii bal və arıçılıq məhsulları təqdim edir.

Şirkətdən verilən məlumata görə, bu brendin ən əsas üstünlüyü birbaşa istehsalçının olmasıdır. Digər brendlərdən fərqli olaraq, Mr.Bee məhz özü istehsal edir, vasitəçilik etmir. Bundan başqa, sizlərə geniş çeşidlilik və müxtəlif seçim imkanları təqdim edən Mr.bee-dən 8 növ bal və 5 növ arıçılıq məhsulları əldə edə bilərsiniz.

Belə ki, onlayn  və taksit kartlarla ödəniş imkanı sizin üçün bütün növ rahat ödəmə üsullarını təqdim edir.

Şirkətdən verilən məlumata görə, bu arıçılıq məhsullarını öz təsərrüfatlarında hazırlayılar. İndi də bu  fəaliyyəti brendləşdirib qlobal bazara çıxarmağa hazırlaşırlar.

Qeyd edilib ki, yaxın bir neçə ay ərzində bu məhsullar başqa brend altında xaricə çıxarılacaq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.