Youtube 60 FPS formatında canlı yayım təqdim edəcək

23-05-2015 / 10:38

Google-un sahibi olduğu Youtube qısa bir müddət əvvəl 60 FBS video playback funksiyasını həyata keçirmişdi. Xüsusilə oyunçuları hədəfləyən funksiya sayəsində videolar və aksiyon səhnələri daha effektiv bir şəkildə göstərilir.

Xəbərlər-in verdiyi məlumata görə, bu funksiyanın mühəndislik infrastrukturunu tam olaraq inkişaf etdirən Youtube canlı yayıma da 60 FPS  funksiyasını əlavə edəcək.

60 Mbit/san sürətindəki videoların ölçüsü isə 720 və 1080 piksel olacaq. Dünya səviyyəsində böyük oyun turnirlərinin  potensial yayımcısı olacaq Youtube bu funksiya ilə maliyyə gəlirlərini olduqca artıracaq. Xsplit kimi canlı yayım edən proqramlarla da inteqrasiya mövzusunda danışıqlarda olan Youtube önümüzdəki həftələrdə bu funksiyanı istifadəyə verəcək. 

Ağasəf Haqverdiyev

                                                                                         


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə