YouTube-da videolara reklamsız baxmaq imkanı

22-10-2015 / 10:41

YouTube şirkəti oktyabrın 28-dən etibarən istifadəçilərə videoçarxlara reklamsız baxmağa imkan verən pullu xidməti təqdim edəcək.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, YouTube Red xidməti üçün aylıq abunə haqqı 9,99 dollardır. Servisə qoşulan istifadəçilər həmçinin internetə çıxış olmadan videoçarxlara baxmaq üçün onları yükləyə biləcəklər. Bununla yanaşı, istifadəçilər 2016-cı ildə bir sıra filmlərə və videolara eksklüziv baxmaq imkanı əldə edəcəklər.
 
Bundan başqa, abunəyə Google Play Music, YouTube Gaming servislərindən, eləcə də YouTube Music musiqi əlavəsindən istifadə imkanı daxil olacaq.

ABŞ sakinləri oktyabrın 28-dən YouTube Red xidmətini pulsuz sınaqdan keçirə biləcəklər. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.