YouTube-dan Android istifadəçiləri üçün yenilik

11-09-2017 / 10:35

Bir sıra Android smartfon istehsalçıları son qabaqcıl modelləri “High Dynamic Range (HDR”  rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, problem isə funksiyanın Netflix  və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir.

Bundan başqa, HDR rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin YouTube servisinin son yenilənməsi Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara “HDR” rejimini dəstəkləyən videodan istifadəyə imkan verir.

“High Dynamic Range” funksiyasını dəstəkləyən videonun üstünlüklərini Samsung Galaxy S8, Galaxy S8 Plus, Galaxy Note 8, LG V30, Sony Xperia XZ Premium, Google Pixel və Pixel XL qurğularının sahibləri qiymətləndirə bilərlər.

Hazırda YouTube-da yeni funksiyanı yalnız qeyd edilən qurğular dəstəkləyir. Funksiyadan, həmçinin Samsung Galaxy Tab S3 və LG G6 qurğularında istifadə gözlənilir.  

Qeyd edək ki, YouTube servisində hazırda “HDR” rejimini dəstəkləyən videoya az rast gəlinir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə