Youtube izlədiyiniz videoları gizli saxlayacaq

11-07-2018 / 11:35

YouTube-da izlənilən hər bir video tarixçədə qeyd olunur. Bu səbəbdən ana səhifə həmin videolara əsasən formalaşır. Bəzi istifadəçilər isə bənzər videolarla qarşılaşmaq istəmədikdə həmin tarixçəni silmək məcburiyyətində qalır.

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki, artıq gizli rejim funksiyası ilə bu problem kökündən həll edildi.

YouTube yüz milyonlarla istifadəçinin hesabına Gizli tətbiq xüsusiyyətini gətirdi. Bu rejimi aktiv etdikdə YouTube-da izlədiyiniz videolar tarixçəyə düşməyəcək.

May ayından Android istifadəçilər üçün test rejimində olan tətbiq artıq tam istifadəyə verilib.

Belə ki, Hesab menyusunda Gizli rejimi aktiv edin bölməsi ilə izləyəcəyiniz hər hansı bir video tarixçəyə düşməyəcək.

Qeyd edək ki, Gizli rejimi aktiv etdikdə bəyəndiyiniz kanalları izləməyə davam edəcəksiniz. Lakin göndərdiyiniz mesajlar, kommentlər və bəyənmələr tarixiçədə görünə bilməz.

Həmçinin gizli modu yenidən bağlasanız aktiv olarkən baxdığınız bütün videolar tarixçəyə düşmədiyinə görə baxış tarixi geri qayıtmayacaq.

Gizli tətbiqin aktiv olduğu aşağıda incə bir zolaqda sizə daim xatırlatma edəcək.

Sevinc Baba-zadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə